Pişik mırıldayarkən insana şəfa verirmiş..

Bir pişiyin tüklərini oxşadarkən stressinizin azaldığını, sakitləşdiyinizi hiss etmisiniz. Bu əslində hiss olmaqdan əlavə, elmi cəhətdən sübut olunmuş həqiqətdir.

Pişiklər mırıldayarkən 20-140 Hs aralığında titrəyiş yayırlar. Bəzi elm adamları bu səsin qırtlaqdakı bir titrəmə nəticəsində əmələ gəldiyini, bəziləri isə pişiklərin döş divarındakı qan damarlarının titrəməsiylə səsin çıxdığını iddia edirlər.

Metbuat.az məlumat verir ki, pişik mırıldaması stressi azaldır. Beynin gicgah payında olan "Hesl Giyrusu" adlı yerdə oksigen və qlükoza istehsalını artırır, bədəndəki qan təzyiqini artırır. Bu vəziyyət insanda müsbət duyğuların əmələ gəlməsinə səbəb olur. Mırıltı əsasında insan bədənində prolaktin, serotonin və oksitosin hormonlarının artdığı məlum olmuşdur.

Araşdırmalar nəticəsində məlum olub ki, pişiyi ilə yaşayanların digər insanlara nisbətən yüzdə qırx daha az infakt olma riski var.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR