Vaqif Cavadov üçün əlamətdar tur

Vaqif Cavadov üçün əlamətdar tur
14:57 1 Mart 2017
83 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının XX turunun AZAL – “Neftçi” qarşılaşmasında yubiley və antirekord qeydə alınıb. Fanat.Az xəbər verir ki, 0:1 hesabı ilə uduzan meydan sahibləri ardıcıl 6-cı çempionat oyununda məğlub olub. 


Bu, cari mövsüm üçün Premyer Liqanın antirekordudu. Bunadək AZAL da “Neftçi” və “Kəpəz” kimi 5 məğlubiyyəti sıralamışdı. 2016-cı ilin “Neftçi”yə qarşı dekabrın 17-də baş tutan son oyunundan sonra Tərlan Əhmədovun yetirmələri xal qazana bilmir.


“AZAL Arena”dakı görüş meydan sahibləri üçün antirekordla başa çatıbsa, komandanın futbolçusu Vaqif Cavadov yubiley qeyd edib. Belə ki, yarımmüdafiəçi Azərbaycan çempionatlarında 200-cü matçını keçirib. Bu müddətdə 46 qol vuran futbolçunun debütü 2006/07 mövsümünə təsadüf edib. 10 mövsümdə 6 komandada çıxış edən Cavadov “Qarabağ”da 110 (25 qol), “İnter”də 33 (14 qol), “Sumqayıt”da 29 (6 qol), “Bakı”da 23 (4 qol), “Qəbələ”də 3, AZAL-da 2 oyun keçirib.


2006/07 Qarabağ (Ağdam) 11 4

2007/08 Qarabağ (Ağdam) 25 6

2008/09 Qarabağ (Ağdam) 25 6

2009/10 Qarabağ (Ağdam) 16 4

2010/11 Bakı 23 4

2011/12 Qarabağ (Ağdam) 9 2

2012/13 Qarabağ (Ağdam) 24 3

2013/14 İnter (Bakı) 33 14

2015/16 Qəbələ 3 0

2015/16 Sumqayıt 16 3

2016/07 Sumqayıt 13 3

2016/17 AZAL 2 0

Cəmi 200 46


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-vaqif-cavadov-ucun-lamtdar-tur-t56608.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR