"Qarabağ" 3411 gün sonra bunu gördü

"Qarabağ" 3411 gün sonra bunu gördü
14:57 1 Mart 2017
88 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının XX turunun “Qarabağ”la “İnter” arasındakı oyunu üç məqamla əlamətdar olub. Fanat.Az PFL-in saytına istinadən xəbər verir ki, qonaqların 1:0 hesablı qələbəsi iki fərqli seriyanı qırıbsa, meydan sahibləri bir yubiley qeyd edib.


Bakılılarla görüş “Qarabağ”ın Azərbaycan çempionatında keçirdiyi 350-ci ev oyunu olub. Ağdam klubu öz meydanında 236 qələbə qazanıb, 67 heç-heçə edib və 47 dəfə uduzub. Bu qarşılaşmalarda 625 dəfə fərqlənən əyalət klubu 240 top buraxıb.


Məğlubiyyət “Qarabağ”ın öz meydanındakı yenilməzlik seriyasına son qoyub. 2015-ci il fevralın 28-də “Qəbələ”yə 0:1 hesabı ilə uduzandan sonra klub tarixi üçün rekord sayda - 32 matç evdə xalsız qalmayan Qurban Qurbanovun yetirmələri eyni gündə, eyni hesabla uduzub. 731 gündən sonra qırılan seriya 26 qələbə və 6 heç-heçədən ibarətdir.


Bu nəticə “İnter”in “Qarabağ”la səfər matçlarındakı qələbəsizliyinə də son qoyub. 2007-ci il oktyabrın 28-də Ağdam klubunun meydanında 1:0 hesablı qələbə qazanan paytaxt təmsilçisi 10 il idi sindromu qıra bilmirdi. Əyalət klubu isə 9 qələbə qazanıb, 7 heç-heçə etdiyi rəqibinə 3411 gündən sonra uduzub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquot-3411-gun-sonra-bunu-gordu-t56607.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR