Kapitan 250-yə çatdı

Kapitan 250-yə çatdı
15:07 1 Mart 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

“Sumqayıt”ın kapitanı Vurğun Hüseynov Topaz Premyer Liqasının XX turunda yubiley qeyd edib. Fanat.Az PFL-in saytına istinadən xəbər verir ki, müdafiəçi ölkə çempionatının yüksək dəstəsində 250-ci matçını keçirib. Bu müddətdə 7 qol vuran futbolçunun yubileyi “Zirə”ylə səfər matçında 0:1 hesablı məğlubiyyətlə nəticələnib.


Debütü 2005/06 mövsümünə təsadüf edən Hüseynov 12 çempionat ərzində cəmi 3 klubun formasını geyinib. İlk komandası olan “Turan”da 82 oyunda 3 qol vuran müdafiəçi “Qəbələ”də 65 matçda 4 dəfə fərqlənib. İndiki klubunda 103 dəfə meydana çıxan kapitan qol hesabını açmayıb.


Qeyd edək ki, Hüseynov Premyer Liqada 250 və daha çox oyun keçirən 53-cü futbolçu olub. Ötən tur onun komanda yoldaşı Fərhad Vəliyev 250-yə çatmışdı.


2005/06 Turan (Tovuz) 7 0

2006/07 Turan (Tovuz) 6 0

2007/08 Turan (Tovuz) 25 1

2008/09 Turan (Tovuz) 13 0

2008/09 Qəbələ 10 0

2009/10 Qəbələ 27 3

2010/11 Turan (Tovuz) 31 2

2011/12 Qəbələ 21 1

2012/13 Qəbələ 7 0

2013/14 Sumqayıt 22 0

2014/15 Sumqayıt 29 0

2015/16 Sumqayıt 33 0

2016/17 Sumqayıt 19 0

Cəmi 250 7


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-kapitan-250-y-catd-t56609.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR