İran televiziyası “Oskar” mükafatının təqdimat mərasimində aktirasının dekoltesini boyayıb

İran televiziyası “Oskar” mükafatının təqdimat mərasimində aktirasının dekoltesini boyayıb
15:22 1 Mart 2017
156 Şou
Ölkə mətbuatı
A- A+

Bakı. 1 mart. REPORT.AZ/ İran televiziyası və “ILNA News” agentliyi Los-Ancelosda keçirilən “Oskar” kinomükafatının təqdimat mərasimində aktrisa Şarliz Teronun dekoltesini “boyayaraq” göstərib.
“Report” “Lenta.ru”ya istinadən xəbər verir ki, aktrisa Şarliz Teron “Xarici dildə ən yaxşı” film nominasiyasında İran istehsalı olan “Satıcı”nın qalib gəldiyini elan edib.
Agentlik bu xəbərdən görüntüləri yayımlayarkən aktrisanın dekoltesindəki açıq yerlərin hamısını retuşlayaraq göstərib.
Qeyd edək ki, İran KİV-i və kinosenzurası xarici film, yaxud şoularda foto və ya səhnələri həmişə belə “redaktə” edir. 



Xəbərin orijinal ünvanı: https://report.az/sou-biznes/i-ran-televiziyasi-oskar-mukafatinin-teqdimat-merasiminde-aktirasinin-dekoltesini-boyayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR