"Vəziyyət getdikcə daha da pisləşəcək, ermənilər..."

ağlıq Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində apırlan işlər, xarici işlər nazirlərinin görüşləri nəticə vermir. Həmçinin, son günlər cəbhədə yaranan gərginliklər prezidentlərin görüşü məsələsini gündəmə gətirsə də, qəti razılaşma yoxdur.

Siyasi ekspert Arzu Nağıyev Metbuat.az-a məsələ ilə bağlı bildirib ki, bu gün cəbhədə belə vəziyyət yaranıbsa və Ermənistanda aprel ayının 2-də keçirəcəkləri seçki platformasında əsas məqam kimi qondarma "Dağlıq Qarabağ Respiblikası"nın müstəqilliyi götürülübsə, bu məsələ heç cür həll oluna bilməz:

“Bildiyiniz kimi, ermənilər qondarma bir referendum keçirdilər. Həmin referendumda əsas məqsəd Qarabağ sözünü yığışdırıb, qondarma Arsax Respublikası yaratmaq və onun ətrafında müəyyən sərhəd kommunikasiyalarının quraşdırılmasından ibarət idi. Belə bir şəraitdə hansı danışıqdan söhbət gedə bilər? Azərbaycan öz sözünü bütün beynəlxalq tribunlarda deyib. Madrid prinsipləri, Sankt Peterburq görüşləri və s. bütün məsələlərdə bu problem öz əksini tapıb. BMT-nin işğalçıların zəbt olunan ərazilərdən çıxarılması ilə bağlı qətnaməsi var. Heç bu da yerinə yetirilmir. Bu gün keçmiş səhra komandiri Serj Sarkisyan və onun komandasının Azərbaycanın ərzi bütövlüyünü tanımaq fikri yoxdursa, hansı danışıqdan söhbət gedə bilər? Düşünürəm ki, biz öz sözümüzü demişik. Bu gün də hər hansı bir görüşdən imtina etmirik. Madrid prinsiplərinə uyğun olaraq, işğalçıların ərazidən çıxarılması, sonradan status məsələsinə qayıdılması, hətta belə br vəiyyətdə sülhməramlı qüvvələrin Dağlıq Qarabağ ərzisində olması belə müzakirə obyekti ola bilər”.

Ekspert bildirdi ki, aprel ayının 2-nə kimi vəziyyət gərginləşməyə doğru yönələcək:

“Çünki Ermənistanın öz daxilində də, seçkilərlə bağlı siyasi məsələlərdə də qütbləşmə meydana gəlib. Artıq qərb klanı ilə rusiyapərəst qüvvələr arasında qütbləşmə var. Düşünürəm ki, belə bir vəziyyətdə Sarkisyan və digər rəhbərlər açıq şəkildə öz fikirlərini ortaya qoya bilməzlər. Əsas məqam ondan ibarətdir ki, dünya ictimaiyyəti BMT və digər qurumlar səviyyəsində Ermənistana mühüm təzyiq göstərməlidirlər. Elə bir təzyiq göstərilməlidir ki, Ermənistan problemini özü həll etsin. Bu gün hərtərəfli səviyyədə Azərbaycanın ərazi bütövlüyü tanınır. Düşünürəm ki, bu, yalnız bəyanatla nəticələnməməlidir. Eyni zamanada, təzyiqlər də olmalıdır”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR