İrəvana “əraziləri qaytar” basqısı artır: “Qarabağ klanı”na qarşı YENİ CƏBHƏ

İrəvana “əraziləri qaytar” basqısı artır: “Qarabağ klanı”na qarşı YENİ CƏBHƏ
15:33 1 Mart 2017
139 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanda aprelin 2-də keçiriləcək parlament seçkiləri öncəsi müxalif qüvvələr birləşirlər.

Publika.az
xəbər verir ki, hazırda keçmiş müdafiə naziri Seyran Ohanyan, keçmiş xarici işlər naziri vardan Oskanyan və “İrs” partiyasının sədri Raffi Ovanisyan “Ohanyan-Raffi-Oskanyan” blokunda birgə hərəkət ediblər.

Keçmiş prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi “Erməni Milli Konqresi” isə ayrılıqda seçkiyə gedir.

Lakin “Erməni Milli Konqresi” ilə “Ohanyan-Raffi-Oskanyan” blokunun siyasi görüşlərində uzlaşan məqamlar var. Xüsusilə hər iki qüvvə Dağlıq Qarabağ münaqişəsinin Ermənistan üçün ağır nəticələrə səbəb olduğu fikrini paylaşırlar.

“Erməni Milli Konqresi”nin lideri Ter-Petrosyan hələ ötən ilin dekabrında ərazilərin təcili qaytarılmasının və münaqişənin həllinin vacibliyini vurğulamışdı. O, zaman keçdikcə nəticələrin Ermənistan üçün daha pis olacağını bildirmişdi.

Keçmiş müdafiə naziri Seyran Ohanyan da bu günlərdə eyni mövqedən çıxış etdi.

Ohanyan səsləndirdiyi bəyanatında bildirdi ki, danışıqlar masasındakı variantla razılaşmalı, güzəştlər edilməlidir. Yəni onun “güzəşt” dediyi məsələ ərazilərin qaytarılmasıdır.

“Erməni Milli Konqresi”nin fraksiya rəhbəri Levon Zurabyan Ohanyanın fikirlərinə münasibət bildirərkən, bunu alqışladıqlarını deyib.

“Belə mövqeyi biz yalnız alqışlaya bilərik”, - deyə o vurğulayıb.

O, bu məsələdə “Ohanyan-Raffi-Oskanyan” bloku ilə əməkdaşlıq edə biləcəklərini istisna etməyib.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/189766.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR