Çempionlar Liqasının ən yaxşıları - Məmmədova ikinci oldu

Çempionlar Liqasının ən yaxşıları - Məmmədova ikinci oldu
15:52 1 Mart 2017
82 İdman
Ölkə mətbuatı
A- A+

Qadın voleybolçular arasında Çempionlar Liqasının ən yaxşılarının adları açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, qrup mərhələsinin yekununa əsasən açıqlanan siyahıda Azərbaycan klublarından - "Telekom"la "Azərreyl"in oyunçuları da var.

Təmsilçilərimizdən ən yaxşı göstərici Valeriya Məmmədovaya məxsusdur. Azərbaycan millisinin də şərəfini qoruyan libero ən yaxşı top qəbul edənlər sırasında ikincidir. O, üzərinə gələn topların 42,86 faizini düzgün qəbul edib.
 
İlk "üçlük"də "Telekom"un voleybolçusu da yer alıb. 4 turdan sonra blokçuların siyahısına başçılıq edən Olena Həsənova çıxışını 3-cü pillədə başa vurub. O, 6 matçın 20 hissəsində 29 dəfə keçilməz olub. Həsənovanın liderliyi təhvil verməsində rəqibləri ilə müqayisədə az setdə çıxış etməsi də rol oynayıb.
 
Bu oyunçularla yanaşı, bir neçə oyunçumuz da "20-liy"ə düşüb.
 
Qeyd edək ki, Bakı klubları qrup mərhələsində mübarizəni dayandırıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/522246.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR