Masazırda sürüşmə - 7 ev yararsız vəziyyətə düşdü

Masazırda sürüşmə - 7 ev yararsız vəziyyətə düşdü
16:12 1 Mart 2017
107 Ölkə
Ölkə mətbuatı
A- A+

"Masazır qəsəbəsində "Zəli gölü" kimi tanınan ərazidə baş vermiş sürüşmə-çökmə prosesi aktiv fazadadır".

Milli.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
 
O bildirib ki, sürüşmə, çökmə və uçqun nəticəsində 7 ev yararsız vəziyyətə düşüb, ərazidə yerləşən digər evlərin divarlarında isə çatlar əmələ gəlib.
 
Hadisənin baş verdiyi yamacın maililiyinin 30 dərəcə təşkil etdiyini vurğulayan ekspedisiya rəisi qeyd edib ki, prosesin dinamikasında aktivlik davam etsə, digər evlər də təhlükə vəziyyətlə üzləşə bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/522282.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR