“Kapital Bank”dan “PAŞA Həyat Sığorta”da transfer olub

“Kapital Bank”dan “PAŞA Həyat Sığorta”da transfer olub
16:17 1 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 1 mart. REPORT.AZ/ “PAŞA Həyat Sığorta” ASC-nin yeni yaradılmış Satış kanalları və marketinq Departamentinə direktor təyin edilib.
“Report”un məlumatına görə, bu vəzifəyə Vüsal Nağıyev gətirilib.
O, bundan əvvəl “Kapital Bank” ASC-nin Satış kanalları Departamentinin direktoru olub.
Xatırladaq ki, "PAŞA Həyat Sığorta" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 40,25 mln. manatdır. Şirkətin səhmləri 100% daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.
"Kapital Bank" isə 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. Onun nizamnamə kapitalı 185,85 mln. manatdır. Bankın səhmlərinin 99,87%-i daxil olduğu “PAŞA Holdinq” MMC-yə, 0,13%-i isə təxminən 175 fiziki şəxsə məxsusdur. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/kapital-bank-dan-pasa-heyat-sigorta-da-transfer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR