"İphone 8" bu funksiyadan imtina etdi

"Apple” şirkəti "iPhone 8"-də Lightning girişindən imtina edəcək.

Metbuat.az bildirir ki, onun USB Type-C ilə əvəz olunacağı güman olunur. Yalnız "Apple” məhsullarında olan Lightning girişin USB Type-C ilə əvəz edilməsi qərarı təəccüblü hesab edilə bilər.

Qeyd etmək lazımdır ki, şirkət artıq "iPhpone 7"-də standart 3.5 mm-lik audiogirişdən imtina edib. Onun əvəzinə şarj etmə və musiqi dinləməni Lightning girişi vasitəsilə reallaşdırmaq olurdu. Nəticədə bir çoxları bu məsələ ilə bağlı şikayət edirdilər. İstifadəçilər əsasən qeyd edirdilər ki, cihaz şarj olunan zaman musiqi dinləmək mümkün deyil. Təbii ki, naqilsiz qulaqlıq istifadə edənlər bu şikayətlərdən uzaq idilər. USB Type-C ilə eyni hadisə baş verə bilər. Bir çox mütəxəssislərin fikrincə, naqilsiz texnologiyalar, gələcəyin əsas xüsusiyyətlərindən biridir və ona artıq bu gündən keçid etmək lazımdır. Lakin buna baxmayaraq, keyfiyyətli "Bluetooth" qulaqlıqlar heç də ucuz qiymətə satılmırlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR