Aydın Mirzəzadənin “Heydər Əliyev siyasi irsinin politoloji aspektləri” adlı kitabı işıq üzü görüb

Aydın Mirzəzadənin “Heydər Əliyev siyasi irsinin politoloji aspektləri” adlı kitabı işıq üzü görüb
16:32 1 Mart 2017
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 mart. REPORT.AZ/ Milli Məclisin deputatı Aydın Mirzəzadənin “Heydər Əliyev siyasi irsinin politoloji aspektləri” adlı kitabı nəşr olunub.
“Report”un məlumatına görə, kitabda Azərbaycanın və dünyanın görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin həyat və fəaliyyəti, nəzəri baxışları bir elmi sistem kimi götürülür, onun formalaşmasının tarixi səbəbləri araşdırılır, fəaliyyətinin siyasi elmin inkişafına verdiyi töhvə əsaslandırılır. Ümumilli liderin siyasi baxışlarının predmeti, kateqoriyaları, nəzəri mənbələri əsaslandırılır, elmi qanunauyğunluqları göstərilir. Çalışdığı bütün sahələrin fəaliyyətinin metodologiyası müəyyənləşdirilir, ümumiləşdirilmiş prinsiplər gələcək nəsillərin öz dövrünün problemlərini həll etməyə, Azərbaycanın dövlət müstəqilliyini daima qorumağa, dayanıqlı və inkişaf edən cəmiyyət qurmağa dəstək olacağına diqqət yönəldilir.
“Heydər Əliyevin siyasi irsinin aspektləri” xüsusi kursunun predmeti dünya və Azərbaycan tarixinin görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi fəaliyyətinin uğurunun mahiyyət və səbəblərinin araşdırılması göstərilir.
Dahi siyasətçinin fəaliyyətinin məntiqi nəticəsinin klassik elmin tələblərinə cavab verməsi araşdırılır, onun müstəqil elmi metod kimi istifadə edilməsi göstərilir.
Kitabda həmçinin, Heydər Əliyev siyasi irsi siyasi və iqtisadi islahatların həyata keçirilməsi, totalitarirzmdən xilas olan cəmiyyətlərdə hüquqi demokratik dövlət quruculuğu, səmərəli milli iqtisadiyyatın qurulması, beynəlxalq aləmdə ölkənin layiqli yerinin tutulması və s. bu yönümlü məsələlərin həllində metodologiya kimi göstərilir.
Kitabda Heydər Əliyev siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi müstəqil dövlətçiliyimizin möhkəm zəmanəti kimi qiymətləndirilib.
Kitabın elmi redaktoru tarix elmləri doktoru, professor Əli Həsənov, rəyçiləri professorlar Əlikram Abdullayev, Musa Quliyev, Elman Nəsirov, dosent Sakit Əliyevdir.
Kitab Heydər Əliyev siyasi irsinin öyrənilməsinə maraq göstərən geniş oxucu dairəsi üçün əlavə mənbə və ali məktəblərin politoloji ixtisaslarının bakalavr və magistr pilləsində təhsil alan tələbələr üçün dərslik kimi nəzərdə tutulub.
Səkkiz fəsil, otuz paraqraf və 240 səhifədən ibarət olan kitab “Azərbaycan” nəşriyyatında nəşr edilib.


Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/aydin-mirzezadenin-heyder-eliyev-siyasi-irsinin-politoloji-aspektleri-adli-kitabi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR