Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
16:52 1 Mart 2017
132 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycan Milli Məlisinin yaz sessiyasının növbəti iclası martın 7-də keçiriləcək.
Bu barədə "Report"a Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.
O bildirib ki, iclasın gündəliyinə 13 məsələ daxildir.
Bunlar Milli Məclisin komitə üzvünün seçilməsi, Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinin seçilməsi, Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkilinin illik məruzəsi, "Məktəbəqədər təhsil haqqında" (ikinci oxunuşda) qanun layihəsi, eyni zamanda "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Sərhəd Qoşunları haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Telekommunikasiya haqqında", "Lisenziyalar və icazələr haqqında", "Reklam haqqında" və "Əmək pensiyaları haqqında" qanunlarına dəyişiklik layihələridir.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/milli-meclisin-novbeti-iclasinin-vaxti-ve-gundeliyi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR