Azərbaycanlı xanım müğənnilər döyüşə getməyə hazırlaşır

Cəbhədə vəziyyətin gərginləşməsi nəticəsi fonunda şou-biznesin tanınmış xanım simaları da ordumuza dəstək nümayiş etdiriblər.

Metbuat.az xəbər verir ki, xanım müğənnilər müharibə başlayacağı təqdirdə cəbhə bölgəsinə getməyə hazır olduğunu söyləyiblər.

Əməkdar artist Manana valideyni ilə birlikdə hər zaman müharibəyə gedə biləcəklərini vurğulayıb:

“Bir azərbaycanlı kimi, bir vətənpərvər insan kimi daima cəbhə bölgəsinə getməyə hazıram. Bu torpaq qarış-qarış mənə doğmadır. Çox istərdim ki, müharibə olduğu zaman əsgərlərin yanında olum, hər necə lazımdısa onlara yardım edim. Anam da həmişə deyir ki, müharibə olarsa döyüş bölgəsində olmağı arzulayır. Bu sözləri sadəcə söz olsun deyə yox, səmimiyyətimlə söykənərək deyirəm”.

Günay İbrahimli ordunu ruhlandırmaq üçün vətənpərvər ruhda mahnılar oxuya biləcəyini açıqlayıb:

“Azərbaycan milləti çox vətənpərvərdir. Biz Ali Baş Komandanın əmrini gözləyirik. Düzdü, bizim əsgərlər kimi fiziki gücümüz yoxdur. Amma ən azından əsgərlərdə vətənpərvərlik ruhunu qaldırmaq üçün himnlər ifa edərik, mahnılar səsləndirərik. Nazirlik icazə verdiyi təqdirdə cəbhə bölgəsinə gedərik, bizim bacara biləcəyimiz işləri görərik. Ancaq onu da qeyd edim ki, bizim kifayət qədər əsgərimiz, ordumuz, texnikamız var. Müğənnilərin isə əsas məqsədi milləti vətənpərvərlik ab-havasına kökləmək, bu cür mahnılar ifa etməkdir”

Rəqqasə Oksana Rəsulova

“Allah millətimizdən müharibəni uzaq eləsin. Hər şəhid xəbərinə görə çox üzülürəm. Ancaq bir həkim olaraq, bir vətəndaş olaraq həmişə xalqıma, dövlətimə xidmət etməyə hazıram”

Xatirə İslam

“Müharibə əslində çox ağır itkilər, göz yaşı deməkdir. Lakin lazım gələrsə, Ali Baş Komandanımız əmr versə bir Azərbaycan qadını kimi cəbhədə əsgərlərimizlə birlikdə döyüşə bilərəm, yardım edərəm. Bu müqəddəs vəzifəni sevə-sevə yerinə yetirərəm”.

Rəvan Nasiroğlu / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR