AMB hərraca çıxardığı notların 23,5%-ni sata bilib

AMB hərraca çıxardığı notların 23,5%-ni sata bilib
17:07 1 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 1 mart. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) ümumi həcmi 50 mln. manat, hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən "Report"a verilən məlumata görə, hərraca 2 investor 2 sifariş təqdim edib. 
Sifarişlərin nominal üzrə ümumi məbləği 11 745 600 manat təşkil edib.
Sifarişlər 98,8472 manat (14,9945%) - 98,89 manat (14,4316%) qiymətində təqdim edilib. Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 98,8472 manat (14,9945%), orta ölçülmüş qiyməti isə 98,8528 manat (14,9208%) olmaqla AMB tərəfindən müəyyən edilib.
Notların nominal üzrə reallaşdırılmış həcmi 11 745 600 manat olub.
Qiymətli kağızların ödəmə tarixi 29 mart 2017-ci ildir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/amb-herraca-cixardigi-notlarin-23-5-ni-sata-bilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR