“SalamNews”un fəaliyyətə başlamasından 7 il ötür

“SalamNews”un fəaliyyətə başlamasından 7 il ötür
17:12 1 Mart 2017
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 mart. REPORT.AZ/ Bu gün “SalamNews” İnformasiya Agentliyinin fəaliyyətə başlamasının ildönümüdür.
“Report”un məlumatına görə, agentliyin 7 yaşı tamam olur.
Agentlik 2009-cu il noyabrın 16-da Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, 2010-cu il martın 1-dən fəaliyyətə başlayıb.
Açıq rejimli internetdə Azərbaycan və rus dillərində xəbərlər yayan agentlik işini daim təkmilləşdirir, operativliyi, obyektivliyi, hadisələrə münasibətdə bitərəfli münasibəti ilə seçilir.
Ölkədə, MDB məkanında və dünyada baş verənləri oxucularına təqdim edən agentlik hadisələrin əyaniliyini və vizuallığını təmin etmək məqsədilə infoqrafikadan, video materiallarından və fotolardan maksimum bəhrələnir.
2011-ci ilin iyununda SalamNews Azərbaycan Mətbuat Şurasına üzv qəbul edilib.
Eyni zamanda, bu illər ərzində respublika müsabiqələrinin qalibi olub, fəxri fərmanlara, sertifikatlara layiq görülüb, “İlin brendi”ni qazanıb.
Agentliyin əməkdaşları dəfələrlə müxtəlif dövlət qurumlarının və müstəqil təşkilatların plaket və mükafatlarına layiq görülüblər.

Xəbərin orijinal ünvanı: https://report.az/media/salamnews-un-fealiyyete-baslamasindan-7-il-otur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR