Göz yaşlarını güclə saxladı: Əfsanəvi kino ulduzunu ayaqüstə alqışladılar - VİDEO

Göz yaşlarını güclə saxladı: Əfsanəvi kino ulduzunu ayaqüstə alqışladılar - VİDEO
17:13 1 Mart 2017
133 Şou
Ölkə mətbuatı
A- A+

Parisdə "Sezar" kino mükafatlarının təqdimetmə mərasimi keçirilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Pol Verxovenin “O” ekran işi “Ən yaxşı film” adlandırılıb. Həmçinin "Ən yaxşı aktrisa" nominasiyasında “Sezar” mükafatını İzabel Yupper alıb.

"Ən yaxşı rejissor" nominasiyasında “Sezar” mükafatına "Bu, sadəcə dünyanın sonudur" filminin rejissoru Ksavye Dolan layiq görülüb.

"Sezar" versiyası üzrə “Ən yaxşı aktyor” nominasiyasında isə K.Dolanın filmində baş rolu ifa edən Qaspar Ulel seçilib.

Mərasimin ən həssas məqamı isə əfsanəvi fransız kinoaktyoru Jan-Pol Belmondoya fəxri "Sezar" mükafatının təqdim edilməsi olub. Bütün zal aktyoru bir neçə dəqiqə ərzində ayaqüstə alqışlayıb. Fransız kino ulduzu zalın reaksiyasını görəndə göz yaşlarını güclə saxlayıb.

Jan-Pol Belmondo səhnədə çıxışı zamanı anasına sonsuz minnətdarlığını ifadə edib. O, bildirib ki, anası olmasa idi, filmlərə çəkilə və uğur qazana bilməzdi.

Qeyd edək ki, 2017-ci il aprelin 9-də əfsanəvi aktyorun 84 yaşı tamam olur.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/189779.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR