Azərbaycanlı oliqarx şirkət yaratdı - Patruşevin oğlu direktor oldu

Azərbaycanlı oliqarx şirkət yaratdı - Patruşevin oğlu direktor oldu
17:22 1 Mart 2017
Ölkə mətbuatı
A- A+

Rusiya Təhlükəsizlik Şurasının katibi, general Nikolay Patruşevin oğlu Andrey Patruşev "LukOil" şirkətinin "Qazprom"la birgə müəssisəsinin direktorlar şurasının rəhbəri təyin edilib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə "İnterfaks" "Qazprom"a istinadən bildirir. Azərbaycanlı oliqarx Vahid Ələkbərovun "LukOil" şirkəti və "Qazprom"un yaratdığı "Sentrkaspnefteqaz" birgə müəssisəsi Xəzərdə neft-qaz hasilatı ilə məşğul olacaq. "Qazprom neft"in səhmdarlarının qərarına görə, şirkətin menecerləri yeni birgə müəssisənin direktorlar şurasına daxil olublar, çünki dəniz şelfində neftqazkondensat yataqlarının işlənməsi üzrə zəruri təcrübəyə malikdirlər. Bununla belə Patruşevin oğlundan başqa şirkətin direktorlar şurasına daha hansı menecerlərin daxil olduğu göstərilmir.

37 yaşlı Andrey Patruşev Nikolay Patruşevin kiçik oğludur. 2015-ci ildə o, "Qazprom neft"in dəniz şelfinin inkişafı üzrə direktor müavini təyin olunub. Bu vəzifəni şirkətdə, məhz Andrey Patruşevə görə yaradıblar. Əvvəllər isə Patruşevin oğlu "Qazprom"un Cənbi-Saxalin şelfi üzrə törəmə müəssisəsinin direktoru idi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/522344.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR