Gözlərimiz niyə yaşarır?

Gözdən yaş gəlməsinin müxtəlif səbəbləri var.

Metbuat.az bildirir ki, yorğunluq gözdən yaş gəlməsinin əsas səbəblərindən sayılır. Uzun müddət kompüterə, televizora baxdıqda, kitab oxuduqda gözlər yorulur və yaş axmağa başlayır.

Oftalmoloq Rüxsarə Qurbanova Metbuat.az- a açıqlamasında qeyd edib ki, gözdə sulanmanın digər səbəbi şüalanmadır. Kompüter qarşısında uzun müddət qaldıqda, telefona baxdıqda göz quruluğuna bağlı olaraq sulanma baş verir.

Həkim əlavə edib ki, ilin soyuq fəsillərində soyuğun gözün selikli qişasına təsiri gözlərin yaşarmasına səbəb olur. Bunun baş verməməsi üçün göz damcılarından istifadə edin.

Göz yaşarmasının digər səbəbi isə orqanizmdə A, E və B2 vitaminlərinin çatışmazlığıdır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR