Gənc Tamaşaçılar Teatrında “Könlümə düşmüsən” adlı şou-proqram təqdim olunacaq

Gənc Tamaşaçılar Teatrında “Könlümə düşmüsən” adlı şou-proqram təqdim olunacaq
17:27 1 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 1 mart. REPORT.AZ/ Gənc Tamaşaçılar Teatrında martın 8-də Beynəlxalq Qadınlar Günü münasibətilə “Könlümə düşmüsən” adlı şou-proqram keçiriləcək. 
Bu barədə "Report"a teatrın mətbuat xidmətindən məlumat verilib. 
İnformasiyaya görə, 9-cu ildir 8 mart ərəfəsində baş tutan konsertin əsas məqsədi xanımların zövqlərini oxşayacaq musiqi nömrələri təqdim etmək, yaddaqalan bayram sevinci yaşatmaqla, həmin gün onları məişət problemlərindən uzaqlaşdırmaq, teatr rəhbərliyi tərəfindən hazırlanmış xüsusi hədiyyələrlə sevindirməkdir.
Şou-proqramda xanımlar üçün teatrın Həmkarlar Komitəsinin sədri İlham Əsədovun və dəvət olunan qonaqların ifasında Azərbaycan və dünya musiqi nümunələrindən ibarət maraqlı repertuar, teatrın kişi aktyorları tərəfindən hazırlanan maraqlı səhnəciklər və parodiyalar təqdim ediləcək.


Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/genc-tamasacilar-teatrinda-konlume-dusmusen-adli-sou-proqram-teqdim-olunacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR