Trampın qızı evini kirayə verir - FOTO

Trampın qızı evini kirayə verir - FOTO
17:32 1 Mart 2017
160 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Trammın qızı atasının yanına, Vaşinqtona köçüb. O, indi 5,5 milyon dollarlıq malikanədə yaşayır.

Milli.Az ABC-yə istinadən bildirir ki, İvanka Tramp və onun əri, D.Trampın müşaviri Cared Kuşnerə məxsus olan Nyu-Yorkun Manhetten səmtində yerləşən lüks mənzil isə ailə üçün aktuallığını itirib. Bu səbəbdən də İvanka Tramp mənzili aya 13 min dollardan kirayəyə vermək qərarına gəlib.

Mənzil bir zamanlar otel olan, Donald Trampın çoxmənzilli binaya çevirdiyi "Trump Park Avenue"da, yuxarı mərtəbədə yerləşir.

İvankanın mənzilinin üstündə Donald Trampın penthausudur.

İ.Trampın 500 m2-lik mənzilində 2 yataq otağı var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində










Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/522277.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR