SOCAR bu il Novorossiysk limanından 160 min ton xam neft ixrac edib

SOCAR bu  il Novorossiysk limanından 160 min ton xam neft  ixrac edib
17:47 1 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 1 mart.REPORT.AZ/ Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Novorossiysk limanından (Qara dəniz, Rusiya) 159 777 ton xam neft ixrac edib.
“Report” SOCAR-a istinadən xəbər verir ki, bu həcmin 79 841 tonu fevral ayındakı ixracın payına düşüb.
Qeyd edək ki, Bakı-Novorossiysk kəməri xam neftin şimal istiqamətində nəqli üçün inşa olunub. Bu kəmərlə xam neft Rusiya ərazisindən keçməklə Novorossiysk limanına nəql olunur. Bununla bağlı müvafiq müqavilə 1996-cı il fevralın 18-də Moskvada imzalanıb. İlk neft 1997-ci il oktyabrın 25-də dünya bazarına çıxarılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-bu-il-novorossiysk-limanindan-160-min-ton-xam-neft-ixrac-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR