SOCAR bu il 145 min ton dizel yanacağı ixrac edib

SOCAR bu il 145 min ton dizel yanacağı ixrac edib
17:57 1 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı.1 mart.REPORT.AZ/ SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin fevral ayında 73 693 ton dizel yanacağı, 3 983 ton təyyarə yanacağı ixrac edib.
“Report” SOCAR-a istinadən xəbər verir ki, İdarə eyni zamanda 8 451 ton yüksək təzyiqli polietilen, 937 ton mütləqləşdirilmiş izopropil spirti, 6 232 ton maye piroliz qətranı, 5 184 ton propilen və 2 41 ton butilen butadien fraksiyası ixrac edib.
Ümumilikdə, 2017-ci ilin yanvar-fevral ayları ərzində 145 152 ton dizel yanacağı, 10 936 ton təyyarə yanacağı, 16 366 ton yüksək təzyiqli polietilen, 1 634 ton mütləqləşdirilmiş izopropil spirti, 12 397 ton maye piroliz qətranı, 8 292 ton propilen və 4 782 ton butilen butadien fraksiyası ixrac edilib.
2017-ci ilin fevral ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 561,35 ABŞ dolları, təyyarə yanacağının - 512,71 dollar, dizel yanacağının - 485,98 dollar, 1% kükürdlü mazutun qiyməti - 319,1 dollar, yüksək təzyiqli polietilenin - 1280 dollar, butilen butadien fraksiyasının - 753,775 dollar, maye piroliz qətranının - 561,35 dollar, propilenin qiyməti - 815 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti - 1045 avro təşkil edib.
Fevral ayında dünya bazarında “Brent” tipli xam neftin 1 bareli 55,11 dollara,”Urals” nefti 54,01 dollara, “BTC FOB Ceyhan” tipli xam neft isə 56,63 dollara satılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-bu-il-145-min-ton-dizel-yanacagi-ixrac-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR