AFFA İcraiyyə Komitəsinə namizədin adı müəyyənləşib

AFFA İcraiyyə Komitəsinə namizədin adı müəyyənləşib
18:07 1 Mart 2017
88 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 1 mart. REPORT.AZ/ AFFA-nın martın 16-da təşkil olunacaq növbəti Hesabat Konfransı çərçivəsində baş tutacaq seçkidə İcraiyyə Komitəsinə vakant yerə namizəd olan 1 yer üçün namizəd müəyyənləşib. "Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, hazırda Azərbaycan Futzal Federasiyasının prezidenti vəzifəsində çalışan Zaur Axundovdur. 
Onun namizədliyi Sahə Futbol Federasiyaları İctimai Birliyi tərəfindən irəli sürülüb. 
Qeyd edək ki, nizamnaməyə əsasən, İcraiyyə Komitəsi üzvlüyünə namizəd AFFA-nın üzvü və ya dolayı üzvü tərəfindən Konfransın keçiriləcəyi tarixdən ən azı 15 gün əvvəl baş katibliyə təqdim olunmalıdır. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/affa-i-craiyye-komitesine-namized-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR