Niyaməddin Musayev mahnılarını oxuyanları tənqid etdi

Niyaməddin Musayev mahnılarını oxuyanları tənqid etdi
18:19 1 Mart 2017
173 Digər
Ölkə mətbuatı
A- A+

"Mənim mahnılarımı oxuyurlar, sağ olsunlar. Amma xahiş edirəm, sözlərini düz oxusunlar, mahnını korlamasınlar”.

 

Lent.az-ın məlumatına görə, bu sözləri xalq artisti Niyaməddin Musayev “Hər şey daxil” verilişində deyib.

 

O bildirib ki, bir çox müğənnilər onun repertuarında yer alan mahnıları pis ifa edir: “Məndən sonra bu bəstələri gələcək nəsilə onlar çatdıracaqlar. Buna görə diqqətlə yanaşsınlar. Çıxıb sözləri pis oxuyurlar, mənasını bilmirlər, ağızlarına gələni tələffüz edirlər. Dəfələrlə zəng vurub demişəm ki, düzəldin. Bilmədikləri sözü məndən soruşsunlar, kitabdan axtarsınlar. Çıxır oxuyur, sözün deyilməsi ilə fəlsəfi mənası üst-üstə gəlmir. Aranjiman edirlər, mahnı dəyişir. Özlərindən "qəmbərqulu” düzəldirlər".

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268855

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR