Kənd təsərrüfatı naziri Dünya Bankının nümayəndə heyəti ilə görüşüb

Kənd təsərrüfatı naziri Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
18:22 1 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 1 mart. REPORT.AZ/ Kənd təsərrüfatı naziri Heydər Əsədov Dünya Bankının Avropa və Mərkəzi Asiya Regionunun Praktika meneceri Culian Lampietti, Dünya Bankının Azərbaycan üzrə meneceri Navid Həsən Naqvi və Dünya Bankının Azərbaycan üzrə Nümayəndəliyinin Əməliyyatlar üzrə baş mütəxəssisi Rufiz Çıraqzadə ilə görüşüb.
Nazirlikdən "Report"a bildirilib ki, görüşdə məqsəd Azərbaycanla Dünya Bankı arasında kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin müzakirəsi olub.
Qonaqları səmimi salamlayan nazir Heydər Əsədov Azərbaycanda aqrar islahatların həyata keçirilməsində, kənd təsərrüfatının inkişafında Dünya bankı tərəfindən həyata keçirilən layihələrin müstəsna rolunu və səmərəliliyini qeyd edərək, bundan sonra da yeni layihələrin həyata keçirilməsi üçün əməkdaşlığa önəm verdiyini bildirib. Nazir Heydər Əsədov ölkəmizdə kənd təsərrüfatının iqtisadiyyatın prioritet sahəsi olduğunu bildirərək, ölkə rəhbərliyi tərəfindən aqrar sahənin inkişafı ilə bağlı qarşıya qoyulan məqsəd və vəzifələr barədə məlumat verib. Nazir Dünya bankı ilə əməkdaşdan məmnun olduğunu bildirərək yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, o cümlədən İkinci Kənd İnvestisiyaLayihəsininvə Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihələrinin öz müsbət nəticələrini verdiyini, fermer və sahibkarların bundan bəhrələndiyini, bu layihələrin bir daha nəzərdən keçirilərək təkmilləşdirilməsinin əsas məqsədlərdən biri olduğunu deyib.
Gələcək inkişaf əlaqələrindən danışan nazir Heydər Əsədov Dünya Bankının aqrar sahədə həyata keçirdiyi layihələrin Strateji Yol Xəritəsində nəzərdə tutulan əsas hədəflərin icrasına, infrastruk sahələrin yaradılmasına, kənd təsərrüfatı sahəsi üzrə verilən kreditlərin verilmə mexanizmində dəyişikliklərin olunmasına, yeni müasir texnologiyaların fermerlərə ötürülməsinə, nümunəvi fermer təsərrüfatlarının və özəl baytarlıq xidmətlərinin yaradılmasına yönəldilməsini məqsədəuyğun hesab edib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Dünya Bankının Avropa və Mərkəzi Asiya Regionunun Praktika meneceri Culian Lampietti on iki ildən sonra Azərbaycana bir daha gəlişində ölkəmizdə baş verən dəyişikliklər və iqtisadi inkişafa heyran olduğunu qeyd edərək əməkdaşlıq üçün potensial imkanların olduğunu bildirib.
Culian Lampietti Kənd təsərrüfatı nazirliyi ilə əməkdaşlıqdan məmnun olduğunu, Strateji Yol Xəritəsində nəzərdə tutulan hədəflərlə tanış olduğunu və yeni layihələrin həyata keçirilməsinə Dünya bankı tərəfindən dəstək veriləcəyini bildirib.
Sonda hər iki tərəf ekspertlər səviyyəsində müzakirələrin aparılmasını və gələcək əməkdaşlığın davam etdirilməsi üçün yeni layihələrin həyata keçirilməsini məqsədəuyğun hesab edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/ask/kend-teserrufati-naziri-dunya-bankinin-numayende-heyeti-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR