"Sən supersən!" layihəsinin iştirakçıları üçün səsvermə başladı

"Sən supersən!" layihəsinin iştirakçıları üçün səsvermə başladı
18:32 1 Mart 2017
Ölkə mətbuatı
A- A+

"Sputnik" Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun Rusiyanın NTV telekanalı ilə birgə layihəsi olan "Sən supersən!"in iştirakçıları üçün MDB və Baltikyanı ölkələrdən onlayn səsvermə təşkil edilib.

Milli.Az bildirir ki, mayın 26-dək davam edəcək səsvermədə Azərbaycan, Rusiya, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna, Estoniyadakı oxucular iştirak edə bilərlər. Hər bir oxucu Sputnik portallarına daxil olaraq ölkələrini Moskvada təmsil edən gənc istedadlara səs verə bilər. Bu səsvermədə ən çox səs qazanmış üç nəfər Sputnik radiosunda çıxış etmək, müsabiqədə iştirakı haqda danışmaq və ən sevdiyi mahnını ifa etmək imkanı əldə edəcək.

"Sən supersən!" müsabiqəsinin Azərbaycandan olan iştirakçısı Pərvanə Alcanova dəstəyə görə hər kəsə öz təşəkkürünü bildirib.

Rusiyanın NTV telekanalı və "Sputnik" Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun "Sən supersən!" layihəsi valideyin himayəsindən məhrum olmuş istedadlı  uşaqlara bacarıqlarını nümayiş etdirməyə imkan yaradır. "Sən supersən!" layihəsində MDB ölkələrindən, o cümlədən Rusiya, Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna, Estoniyadan uşaqlar iştirak edir.

Gənc iştirakçıların uğur və qələbələrini, onların müsabiqəyə hazırlığını Sputnik saytlarının 
xüsusi rubrikalarında izləmək mümkündür. 

Sosial şəbəkə istifadəçiləri isə şou iştirakçılarına öz arzu və xoş sözlərini çatdıra bilərlər. İştirakçılarımız ölkəyə qayıtdıqdan sonra Sputnik istifadəçilərin arzularını  onlara 
çatdıracaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/522378.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR