Siyəzəndə evdən qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub

Siyəzəndə evdən qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub
18:42 1 Mart 2017
141 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 mart. REPORT.AZ/ Siyəzən polisi rayon sakini Təranə Bəhramlının evindən 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxsi saxlamağa müvəffəq olub. 
Siyəzən Polis Şöbəsinin baş müstəntiqi Fərid Fərzəliyev "Report"a məlumat verib ki, saxlanılan şəxs Füzuli rayon sakini, hazırda Bakının Keşlə qəsəbəsində yaşayan 22 yaşlı Vasif İmanlıdır. O, fevralın 8-də saat 11:20-də Təranə Bəhramlıya məxsus evdən gizli yolla külli miqdarda qızıl-zinət əşyalarını oğurlayıb aradan çıxıb.
Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanan Vasif İmanlının rayona metal, dəmir yığmaq üçün gəldiyi, sonradan gözaltı elədiyi evdən oğurluq etdiyi məlum olub və o, saxlanılıb.
Siyəzən Polis Şöbəsində Vasif İmanlı barəsində oğurluq maddələri ilə cinayət işi açılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/siyezende-evden-qizil-zinet-esyalari-ogurlayan-sexs-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR