Azərbaycan atletləri 2-ci Beynəlxalq Fəcr Kubokuna qatılacaqlar

Azərbaycan atletləri 2-ci Beynəlxalq Fəcr Kubokuna qatılacaqlar
18:52 1 Mart 2017
90 İdman
Ölkə mətbuatı
A- A+

Bakı.1 mart REPORT.AZ/ Bu il martın 9-14-də İranın Əhvaz şəhərində ağır atletika üzrə 2-ci Beynəlxalq Fəcr Kuboku keçiriləcək. 
"Report" xəbər verir ki, böyük nüfuza malik bu yarışda Azərbaycan ağır atletika yığmasının üzvləri də iştirak edəcəklər. Komandamızın heyətində Ruslan Rzazadə (56 kq), Allahyar Abışov (62 kq), Sabit Bayramov (69 kq), Orxan Zeynalov və Kənan Əliquliyev (hər ikisi – 77 kq), Sənan Mirzəyev (85 kq), Xəlil Gəraylı (105 kq) və Asxab Kolayev (+105 kq) mübarizə aparacaqlar.

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/azerbaycan-atletleri-2-ci-beynelxalq-fecr-kubokuna-qatilacaqlar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR