Fransa səfiri: "Aİ ilə Azərbaycan əməkdaşlığının genişlənməsi ölkə iqtisadiyyatında sabit inkişafa kömək edəcək"

Fransa səfiri: "Aİ ilə Azərbaycan əməkdaşlığının genişlənməsi ölkə iqtisadiyyatında sabit inkişafa kömək edəcək"
19:07 1 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı.1 mart REPORT.AZ/ "Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında əməkdaşlığın genişlənməsi ölkə iqtisadiyyatını şaxələndirməyə imkan verəcək."
“Report” xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez “Caspian Energy İnternational Media Group”un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərliyi ilə “Caspian Energy”nin nümayəndə heyəti ilə görüşdə bildirib.
Görüşdə “Caspian European Club” (Caspian Business Club), “Caspian American Club” və “Caspian Energy İnternational Media Group” çərçivəsində Azərbaycan-Fransa informasiya əməkdaşlığının genişləndirilməsi perspektivlərinə toxunulub. Səfir Fransa şirkətlərinin “Caspian Energy Forum Baku – 2017”də iştirakında maraqlı olduğunu ifadə edib və bunun informasiya baxımından vacibliyini deyib.
Fransa səfirinin sözlərinə görə, Fransa və Azərbaycan arasında münasibətlər uzun illərdir inkişaf edir. Hazırda iki ölkənin şəhər və regionları arasında ona yaxın saziş və sənədlə bağlı razılıq əldə olunub.
"Dekabr ayında Fransa Xarici İşlər Nazirliyi ilə Azərbaycanın İqtisadiyyat Nazirliyi arasında yerli əlaqələrin dəstəklənməsinə yönəldilmiş Administrativ razılaşmanın imzalanması bunun təsdiqidir" - səfir söyləyib. O qeyd edib ki, əməkdaşlıq təhsil və mədəniyyətdən tutmuş şərabçılıq və kənd təsərrüfatı layihələrinə kimi iqtisadiyyatın ən müxtəlif sahələrində təcrübə və birgə təşəbbüs mübadiləsini əks etdirir.
Ticari əlaqələrdən bəhs edən A.Buşez deyib ki, Aİ ticarətdə Azərbaycanın əsas tərəfdaşı və mühüm investorlarından biridir. Onun sözlərinə görə, Aİ ilə Azərbaycan arasında əməkdaşlığın genişlənməsi ölkə iqtisadiyyatında diversifikasiya və islahatlara yardım edəcək, həmçinin sabit inkişafa kömək edəcək: “Bu da öz növbəsində bizim müsbət qarşıladığımız rəqabətli iş mühitini genişləndirmək və hazırda həyata keçirilən və planlaşdırılan islahatları dəstəkləmək yolu ilə Fransanın, eləcə də digər Avropa ölkələrinin şirkətləri ilə əməkdaşlığın inkişafına yardım edəcək. Fransa Avropa enerji təhlükəsizliyinin mühüm elementi kimi enerji daşıyıcılarının nəqli və marşrutların diversifikasiyası üzrə Aİ-nin siyasətini dəstəkləyir."
Səfir bildirib ki, Şərq-Qərb və Şimal-Cənub marşrutlarının kəsişmə nöqtəsində yerləşən Azərbaycan, xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə, bu baxımdan mühüm rol oynayır.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/fransa-sefiri-ai-ile-azerbaycan-arasinda-emekdasligin-genislenmesi-olke-iqtisadiyyatinda-sabit-in

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR