Nalbandyan TƏCİLİ Qarabağa gəldi

Nalbandyan TƏCİLİ Qarabağa gəldi
19:17 1 Mart 2017
156 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, erməni nazir səfər zamanı fevralın son günlərində baş verən ağır döyüşlərdən sonra cəbhədəki vəziyyətlə maraqlanıb.

Erməni KİV-i xəbər verir ki, Nalbandyan separatçı "DQR" in "prezidenti" Bako Saakyanla Xankəndi şəhərində görüşüb.

Məlumata əsasən, Nalbandyan və Bako Saakyan regional məsələləri, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə son durumu müzakirə ediblər.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/522387.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR