Sarkisyan seçicilərin səsini pulla alır – Adambaşı 70 dollar

Sarkisyan seçicilərin səsini pulla alır – Adambaşı 70 dollar
19:37 1 Mart 2017
121 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca ölkənin siyasi partiyaları arasında rəqabət qızışır və hətta onlar seçiciləri cəlb etmək üçün öz resurslarından da istifadə etməyə başlayırlar. Ölkənin Ararat vilayətində hər səsə görə 70 dollara yaxın rüşvət təklif olunur.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, hakim Respublikaçılar Partiyasının adamları evbəev gəzərək hər səsə görə 30 min dram (70 dollara yaxın) təklif edirlər.

Məlumatda seçki günü yaxınlaşdıqca bu məbləğin artdığı vurğulanır. 

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri bu il aprelin 2-də keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/522325.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR