Gürcüstan vətəndaşları Aİ ölkələrinə vizasız gedəcəklər

Gürcüstan vətəndaşları Aİ ölkələrinə vizasız gedəcəklər
19:47 1 Mart 2017
163 Dünya
Ölkə mətbuatı
A- A+

Avropa Parlamentinin prezidenti Antonio Tayani Avropa İttifaqı (Aİ) və Gürcüstan arasında vizasız rejimin tətbiqini nəzərdə tutan sazişi imzalayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, imzalanma mərasimində Gürcüstanın baş naziri Georgi Kvirikaşvili, xarici işlər naziri Mixail Canelidze və digər rəsmilər iştirak ediblər.

Bu, Gürcüstan vətəndaşlarının Şengen zonası ölkələrinə vizasız gediş-gəlişini təmin edən son prosedurlardan biridir.

Saziş bir neçə gün ərzində Aİ-nin rəsmi jurnalında dərc olunacaq. Bundan 20 gün sonra vizasız rejim tətbiq olunmağa başlayacaq. Beləliklə, martın sonundan etibarən Gürcüstan vətəndaşları Aİ ölkələrinə vizasız gediş-gəliş əldə edəcəklər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/522394.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR