300-dən çox isveçli İŞİD-ə qoşuldu

300-dən çox isveçli İŞİD-ə qoşuldu
20:47 1 Mart 2017
108 Dünya
Ölkə mətbuatı
A- A+

Son bir neçə ildə İsveç Krallığının azı 300 vətəndaşı İŞİD terror təşkilatının silahlılarına qoşulmaq üçün Suriya və İraqa gedib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bunu Krallığın Təhlükəsizlik Polisinin baş direktoru Anders Turnberq bəyan edib. Onun sözlərinə görə, daha sonra onların yarısından çoxu vətənə qayıdıb.

Baş direktor qeyd edib ki, "İslam dövləti"nə rəğbət bəsləyən adamların sayı artır: "İsveçdə yerli gənclərin İŞİD sıralarına cəlb olunması üzrə şəbəkə fəaliyyət göstərir. Bütün bunlar ölkədə islam ekstremizminin zəifləməsindən danışmağın düzgün olmadığını göstərir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/522390.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR