Azərbaycan və İran kikboksçuları üz-üzə

Azərbaycan və İran kikboksçuları üz-üzə
20:52 1 Mart 2017
120 İdman
Ölkə mətbuatı
A- A+

Martın 3-də saat 18:00-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş kikboksinq üzrə peşəkarlar arasında VIII "Heydər Əliyev Kuboku" uğrunda  turnirdə Azərbaycan və İran kikboksçuları öz güclərini sınayacaqlar.

Milli.Az bildirir ki, bu barədə danışan AKF prezidenti, millət vəkili Adil Əliyev Heydər Əliyev kubokunu hər il keçirtdiklərini bildirib.

"İki ölkənin ən güclü idmançıları öz güclərini sınayacaqlar. Qeyd edim ki, iki ölkə arasında əlaqələrin inkişafında idmanın xüsusi rolu var. Həmçinin, turnir Azərbaycan-İran dostluğunu daha da gücləndirəcək. İdmansevərləri  və vətənpərvər insanları idmançılarımıza dəstək olmağa dəvət edirəm", - A.Əliyev deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/522371.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR