"Lamborghini" avtomobillərini geri çağırdı

"Lamborghini" avtomobillərini geri çağırdı
21:05 1 Mart 2017
107 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Lamborghini" şirkətinin Rusiyadakı təmsilçisi ölkədə "Aventador" və "Veneno" modelindən 42 avtomobili geri çağırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu avtomobillərdə yanacaq doldurma zamanı yanacağın filtr sisteminə sızması ehtimalı olduğu bildirilib. Bu isə filtr sisteminin sıradan çıxmasına səbəb olur.

Məlumata görə, geri çağırılan avtomobillər 2012-2017-ci illərdə satılıb.

Qeyd edək ki, "Lamborghini" ötən ay dünya üzrə 6 minə yaxın avtomobilini geri çağırmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/522403.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR