Hollandiyada 100 yaşlı qadın həbs edildi

Hollandiyada 100 yaşlı qadın həbs edildi
21:14 1 Mart 2017
172 Digər
Ölkə mətbuatı
A- A+

Hollandiyada yaşayan 100 yaşlı qadın Anni polisə müraciət edərək həbs edilməsini xahiş edib.

 

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, sonuncu arzusunu yerinə yetirmək istəyib. Belə ki, yaşadığı müddətdə heç zaman həbs olunmayan Anni bunun necə bir hiss olduğunu bilmək istədiyini deyib.

 

Polislər yaşlı qadının xahişini nəzərə alaraq onun qoluna qandal vurublar. Anni bir müddət saxlanma məntəqəsinə yerləşdirilib. O, çox xoşbəxt olduğunu bildirib və orada şəkil çəkdirib. Anninin şəkilləri sosial mediada birmənalı qarşılanmayıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268873

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR