1319 dollara flaş kartlar satışa çıxarıldı

1319 dollara flaş kartlar satışa çıxarıldı
21:27 1 Mart 2017
94 Dünya
Ölkə mətbuatı
A- A+

"Kingston" şirkəti həcmi 1 və 2 terrabayt olan "DataTraveler Ultimate GT" flaş kartların satışına başlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə CES-2017 sərgisində elan olunub. 

İstehsalçının sözlərinə görə, "DataTraveler Ultimate GT" cihazı dünyada ən tutumlu flaş toplayıcısı hesab olunur. Onlar USB 3.0 interfeysi ilə təchiz edilib. Oxuma sürəti 300 MB/s, yazma sürəti isə 200 Mb/s təşkil edir.

"DataTraveler Ultimate GT"-nin ölçüləri 75,18 x 27 x 21,02 mm-ə bərabərdir. Cihaz -25 °C-dən 60 °C-ə qədər temperaturda işləməyə hesablanıb. 

O, "Windows 10", "Windows 8.1", "Windows 8", "Windows 7 (SP1)", "Mac OS v.10.9.x+", "Linux v.2.6.x+" və "Chrome OS" əməliyyat sistemləri ilə uyğun gəlir. 

İstehsalçı 5 illik zəmanət təqdim edir. Həcmi 2 terrabayt olan "DTUGT/2TB" modelinin qiyməti isə 1319 dollar təşkil edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/522391.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR