Doğru cavabı tapan hər il 1 milyon dollar alacaq

Doğru cavabı tapan hər il 1 milyon dollar alacaq
21:32 1 Mart 2017
Ölkə mətbuatı
A- A+

Dünyanın ən zəngin iş adamlarından biri, amerikalı multimilyarder Uorren Baffet sahibi olduğu "Berkshire Hathaway" fond şirkətinin əməkdaşlarına mərc təklif edib.

Milli.Az Forbes-ə istinadən bildirir ki, Baffetin şərtinə görə, ABŞ-da tələbələr arasında basketbol çempionatı olan "March Madness"in final mərhələsinə çıxacaq 16 komandanını hamısının adlarını dəqiq tapacaq şəxs ondan ömrünün sonunadək ildə 1 milyon dollar alacaq.

Doğru cavabı tapmaq üçün şirkətdə çalışan 367 min əməkdaşın hər biri cəhd göstərə bilər.

Uorren Baffet ilk dəfə belə mərci 2014-cü ildə açıqlamış və mükafat qismində 1 milyard dollar təklif etmişdi. Doğru cavabı kimsə tapmamışdı.

Ötənilki "müsabiqə"yə 85 min nəfər qatılsa da, kimsə qalib gəlməyib. Fəqət, U.Baffet ideal nəticəyə yaxın cavabları vermiş iki əməkdaşının hər birinə 50 min dollar ödəmişdi.

"Berkshire Hathaway" fond şirkəti aralarında Benjamin Moore, Fruit of the Loom, Geico və NetJets də olan 92 konsern və korporasiyadan ibarət nəhəng şirkətdir.

Amerikalı multimilyarder iş adamı Uorren Baffet 76,9 milyard dollarlıq varidata malikdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/522363.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR