"Belə olan halda..."

"Belə olan halda..."
21:52 1 Mart 2017
80 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komanda üzvlərinin gələcəyinə mövsüm baa çatandan sonra aydınlıq gələcəyini bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, katalon mütəxəssis bunları deyib:

"Hər iki qapıçımızın çıxışından razıyam. Onların gələcəyi haqqında mövsümün sonunda danışarıq. Ümumiyyətlə bütün futbolçuların taleyi mövsüm başa çatandan sonra nəzərdən keçiriləcək. Kim məni inandırmağa çalışmaq istəyir ki, o qalmağa daha layiqdir, ciddi işləməlidir. 5-6 nəfərin müqaviləsi yayda başa çatır. Durumdan xəbərdardırlar. Əlbəttə, hansısa klubun onlarla razılığa gəlməsi mümkündür. Belə olan halda edəcəyimiz bir şey qalmayacaq".

Villi Kabalyeronun müqaviləsi mövsümün sonunda, 33 yaşlı Klaudio Bravonun isə 2020-ci ildə başa çatacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/522239.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR