Obama və xanımı 60 milyon dollarlıq müqavilə bağladılar

Obama və xanımı 60 milyon dollarlıq müqavilə bağladılar
22:12 1 Mart 2017
392 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ-ın keçmiş prezidenti Barak Obama və xanımı Mişel öz memuarlarının nəşr olunması üçün "Penguin Random House" nəşriyyat evi ilə müqavilə bağlayıblar.

Milli.Az axşam.az-a istinadən bildirir ki, iki cilddən ibarət olacaq kitabın birinci hissəsini Barak, ikincisini Mişel yazacaq. Kitabların adı isə hələlik açıqlanmır.

"Şirkət iki kitabın müəlliflik hüququnu alıb. Keçmiş prezident və xanımı ilə əməkdaşlığımızı davam etdirmək istəyirik. Onlar öz rəhbərlikləri ilə, sözləri ilə dünyanı dəyişdilər. Biz də bunu kitablar vasitəsi ilə təkrarlamaq istəyirik" deyə, nəşriyyatin direktoru Markus Doul bildirib.

"Financial Times" qəzeti isə gizli saxlanılsa da, nəşriyyatın Obama və xanımı ilə 60 milyon dollarlıq müqavilə bağladığını açıqlayıb. Hətta kitabların hüququnu almaq üçün bir neçə nəşriyyat arasında hərrac keçirilib. 

Qeyd edək ki, keçmiş prezidentlər Bill Klinton öz memuarı üçün 15 milyon dollar, Corc Buş isə 10 milyon dollar almışdı. "Penguin Random House" isə daha əvvəl də Obama ailəsi üçün üç kitab çap edib. Onlardan ikisi Baraka, biri isə Mişelə aiddir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/522252.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR