ABŞ prezidentliyinə keçmiş namizəd ölkənin Rusiyadakı səfiri ola bilər

ABŞ prezidentliyinə keçmiş namizəd ölkənin Rusiyadakı səfiri ola bilər
22:27 1 Mart 2017
77 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 1 mart. REPORT.AZ/ Yuta ştatının keçmiş qubernatoru Con Hantsman ABŞ-ın Rusiyada səfiri olmaq üçün danışıqlar aparır.
"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Prezident Administrasiyasındakı mənbələrə istinadən CNN məlumat yayıb.
Onlardan biri bildirir ki, Hantsman ötən həftə bu barədə dövlət katibi Reks Tillerson ilə danışıb və danışıqlar hələ aparılır. Daha bir mənbənin sözlərinə görə, Hantsman bu məsələni prezident Donald Trampın müşavirləri və ola bilsin elə Trampın özü ilə müzakirə edib.
Hantsman 2012-ci ildə Respublikaçılar Partiyasından prezidentliyə namizədliyi irəli sürülənlərdən biri olub. O, Barak Obamanın prezidentliyi dövründə ABŞ-ın Çindəki səfiri vəzifəsində, həmçinin ondan əvvəl Sinqapurda səfir işləyib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-prezidentliyine-kecmis-namized-olkenin-rusiyada-sefiri-ola-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR