"Yüksek sosyete"nin aktrisası keçmiş ərinin xəyanətindən danışdı - FOTO

"Yüksek sosyete"nin aktrisası keçmiş ərinin xəyanətindən danışdı - FOTO
22:37 1 Mart 2017
169 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Yüksek sosyete" serialında "Süreyya" obrazını ifa etmiş aktrisa, müğənni Zuhal Olcay Ataşehirdə konsert proqramı ilə çıxış edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, konsert əsnasında o, xəyanət səbəbindən 2004-cü ildə boşandığı həyat yoldaşı Haluk Bilginerə söz atıb.

"Dünden sonra yarından önce" mahnısını ifa etməzdən öncə sənətçi ilginc açıqlama verib:

"İndi oxuyacağım mahnının bir hekayəsi var, mən də yaşamışam. Həqiqətən çox ilginc hekayədir. Belə şey çox az insanın başına gəlir. Bir qadın və bir kişi bir-birlərini çox sevərək ailə qurarlar, amma aradan bir neçə il keçdikdən sonra kişi həyat yoldaşına gənc bir qadınla xəyanət edər".

Qeyd edək ki, Olcaydan ayrılan Haluk 2006-cı ildə Aşkın Nur Yengi ilə ailə qurub.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/522354.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR