Zibil bilib atdığımız qabıqların faydaları

Zibil bilib atdığımız qabıqların faydaları
22:42 1 Mart 2017
353 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az axşam.az-a istinadən bəzi meyvə-tərəvəz qabıqlarının faydalarını təqdim edir:

Kartof qabığı - 10 dəqiqə suda qaynadıb əldə olunan içkini soyuduqdan sonra içmək arterial təzyiqi aşağı salır. Bunun üçün gündə 4 dəfə 2 xörək qaşığı yeməkdən əvvəl bu suyu içmək lazımdır. Kartof qabıqlarının qaynadıldığı su ilə inhalyasiya edildikdə bronxit əlamətləri azalır və öskürək kəsilir. Eyni zamanda qabıqları tam həll olana qədər qaynadıb əldə edilən horranı sinə və kürək nahiyəsinə kompres kimi qoymaq da olar. Bu zaman bəlğəm yumşalır və bronxlardan qopub xaric olur.

Soğan qabıqları - hazırlanan dəmləməni angina zamanı boğaza qoyduqda ağrı azalır. Həmin dəmləmə ilə ağız boşluğunu qarqara etdikdə stomatit, parodontit və angina əlamətləri aradan qalxır. Dəmləməni hazırlamaq üçün 3 xörək qaşığı xırdalanmış soğan qabığı yarım litr soyuq suya salınıb qaynadılır və üstü örtülüb 4 saat dəmlənir. Sistit zamanı 3 çay qaşığı xırdalanmış soğan qabığı 2 stəkan suda qaynadılır və 30 dəqiqə dəmlənir. Gündə 2 dəfə, hər dəfə ¼ stəkan dəmləmədən 4-5 gün içilir.

Banan qabığı - kəsilmiş, cızılmış, zədədən göyərmiş nahiyəyə qoyduqda həmin hissə tez sağalır.

Nar qabıqları - qaynadıb ağız boşluğunu qarqara etdikdə diş əti qanaxmaları dayanır, ağız boşluğunda olan iltihabi proseslər aradan qalxır. Bunun üçün 1 xörək qaşığı xırdalanmış nar qabıqlarının üzərinə 1 stəkan qaynar su əlavə edilir və 30 dəqiqə qaynadılır. Nar qabığı və tumunun əzməsindən hazırlanan məlhəm ekzemanı sağaldır. Nar qabığı dəmləməsi bağırsaq infeksiyaları zamanı da çox faydalıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/521748.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR