Azərbaycan prezidenti: "İslamı terrorla əlaqələndirmək yanlış və qərəzli yanaşmadır"

Azərbaycan prezidenti: "İslamı terrorla əlaqələndirmək yanlış və qərəzli yanaşmadır"
23:12 1 Mart 2017
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 1 mart. REPORT.AZ/ "Bu gün islamofobiya dünyada ən ciddi təhlükələrdən biridir. Biz bu tendensiyanı qəti şəkildə pisləyirik".
"Report"un məlumatına əsasən, bunu Azərbaycan Prezidentiİlham Əliyevİqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Pakistanda keçirilən 13-cü sammitində çıxışı zamanı deyib.
O bildirib ki, İslamı terrorla əlaqələndirmək yanlış və qərəzli yanaşmadır:
"Terrordan ən çox əziyyət çəkən məhz müsəlman dövlətləridir. Biz sülh, mərhəmət, dözümlülük və ədalət dini olan İslamın dəyərlərinin təşviqini davam etdirməliyik".
İlham Əliyev Azərbaycan müsəlman ölkələri arasında həmrəyliyə xüsusi əhəmiyyət verdiyini əlavə edib.

Xəbərin orijinal ünvanı: https://report.az/din/azerbaycan-prezidenti-i-slami-terrorla-elaqelendirmek-yanlis-ve-qerezli-yanasmadir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR