Suriya ordusu Palmiraya daxil oldu

Suriya ordusu Palmiraya daxil oldu
23:18 1 Mart 2017
99 Dünya
Ölkə mətbuatı
A- A+

Suriya hökumət ordusunun bölmələri İŞİD terror qruplaşması tərəfindən ələ keçirilən Palmira şəhərinə daxil olublar.

Publika.az xəbər verir ki, ordu şəhərin qərbində bir neçə rayonu nəzarət altına alıb.

2015-ci ilin mayında İŞİD Palmiranı ələ keçirib, 2016-cı ilin martında isə Suriya ordusu Rusiya hərbi aviasiyasının dəstəyi ilə şəhəri azad edib. Ötən ilin dekabrında Palmira yenidən terrorçuların nəzarəti altına keçib.

Qeyd edək ki, UNESCO -nun Mədəni İrs Siyahısına daxil edilən Palmira şəhəri qədim dünyanın ən mühüm mədəniyyət mərkəzlərindən biridir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/189820.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR