3 yaşlı uşaq ölən anasıyla 2 gün eyni evdə yalnız qaldı - FOTO

3 yaşlı uşaq ölən anasıyla 2 gün eyni evdə yalnız qaldı - FOTO
23:27 1 Mart 2017
208 Dünya
Ölkə mətbuatı
A- A+

3 yaşındakı uşaq, astma xəstəliyindən ölən anasıyla 2 gün boyunca eyni evdə tək qalıb.

Milli.Az xəbər verir ki, The Sun-da yayılan xəbərə görə, Lydianın valideyinləri 2 gün ərzində qızlarından bir xəbər ala bilmədiyini söyləyincə narahat olmağa başlayıblar. Atası Jodi-Ann 28 yaşlı Lydianın evinə getdiyində isə qapını açan olmur.

Pəncərədən oğlu Masona qapını açmağını istəyən Jodi-Ann Lydianı yataqda hərəkətsiz halda görür. Astma xəstəsi olan gənc qadın əlində tənəffüs cihazıyla yuxudaykən həyatını itirdiyi məlum olub.

2 gün ərzində soyuducuda tapdığı pendiri yeyərək sağ qalan Mason, susuzluqdan özünü pis hiss etdiyi üçün xəstəxanaya çatdırılıb. 3 yaşlı uşaq anasının bir daha oyanmayacağı xəbərini xəstəxanada, nənəsindən eşidib.

Qeyd edək ki, acı bir şəkildə anasını itirən Masonun atası isə, o, hələ  8 aylıqkən ölüb.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində






Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/522381.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR