Çelentanonun həyatı təhlükədədir

Çelentanonun həyatı təhlükədədir
23:44 1 Mart 2017
107 Digər
Ölkə mətbuatı
A- A+

İtaliyalı aktyor və müğənni Adriano Çelentanonun həyatı təhlükədədir.

 

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 79 yaşlı aktyor özü bu barədə hüquq-mühafizə orqanlarına deyib.

 

Onun sözlərinə əsasən, 6 nəfər onu və ailəsini izləyir. Hadisə bir həftə bundan əvvəl başlayır. Onlar Adrianonun həyat yoldaşı Klaudianın avtomobilinin şüşəsini sındırıblar, lakin avtomobildən heç nə oğurlanmayıb. Daha sonra 6 naməlum şəxs onun İtaliyadakı mülkünə də soxulublar. Bu hadisə müşahidə kameralarında görüntülənib.

 

Həmin görüntüləri də polisə təqdim edən aktyor ya onun, ya da xanımının başına bir iş gələrsə, bunun planlı şəkildə olacağını bildirib.

 

Qeyd edək ki, A.Çelentano və Klavdio 50 ildir ki, ailəlidirlər.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268879

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR