Konte "Çelsi"ni tərk edə bilər

Konte "Çelsi"ni tərk edə bilər
23:52 1 Mart 2017
102 İdman
Ölkə mətbuatı
A- A+

"Çelsi"nin baş məşqçisi Antonio Konte mövsümün sonunda klubunu dəyişə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Tuttosport" italiyalı mütəxəssisin "İnter"də çalışmağa razılıq verdiyini yazıb. Məlumata görə, Konte 1 mövsüm ərzində 15 milyon avro məvacibdən imtina edə bilməyib. Hazırda "İnter"in yeni sahibi Çin konsorsiumu bosslarının Roman Abramoviçi razı salmağa çalışdığı deyilir.

Konte AVRO-2016-dan sonra İtaliya millisini tərk edərək "Çelsi"yə gəlmişdi. Onun komandası İngiltərə Premyer Liqasında cari mövsüm çempionluğa ən real namizəddir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/522245.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR