ACF Naxçıvanda məşqçilər və idmançılar üçün seminar keçirib

ACF Naxçıvanda məşqçilər və idmançılar üçün seminar keçirib
00:37 2 Mart 2017
99 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 1 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Cüdo Federasiyasının (ACF) təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasında məşqçilər və idmançılar üçün seminar keçirilib.
"Report" xəbər verir ki, İlham Əliyev adına Olimpiya İdman Kompleksində baş tutan seminara Muxtar Respublikanın perespektivli cüdoçuları və məşqçi müəllimlər qatılıblar.
ACF baş katibinin müavini Sahib İsmayılov, "Regionlarda cüdonun inkişafı" sektorunun müdiri Tərlan Poladov və Veteranlar Komitəsinin üzvü Vüsal Cəfərov cüdoçuların tәlim-mәşq prosesi metodikasından danışıblar. Mәşqçilәrin yeniyetmә cüdoçularla iş prossesindә sadә hәrәkәtlərdәn başlayıb mürәkkәb hərəkətlərə necә keçmәk lazım olduğu izah edilib. Mәşqçilәri maraqlandıran suallar cavablandırılıb. Sonra beynəlxalq dərəcəli hakim Mətin Rəhimli bu ilin yanvar ayında Beynəlxalq Cüdo Federasiyasının Bakıda qəbul etdiyi yeni qaydaları iştirakçılara nəzəri və praktiki olaraq izah edib.
Artıq ənənə halını almış və bütün bölgələrdə keçirilən seminarlarda əsas məqsəd Azərbaycanda cüdonun daha da inkişaf etdirilməsi və beynəlxalq standartlara uyğun olmasıdır.

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/acf-naxcivanda-mesqciler-ve-idmancilar-ucun-seminar-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR